Türkiyə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması üçün əlindən gələn addımı atmağa hazırdır.
Bunu SalamNews-a eksklüziv müsahibəsində Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Səlçuk Ünal bildirib.
Türkiyənin XİN sözçüsü söyləyib ki, Türkiyə Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik istəyir. S.Ünal deyib: “Türkiyə Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxmasını tələb edir. Çünki, Qarabağ Azərbaycanın ərazisidir”.
Türkiyənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil olunmasının mümkün olub-olmaması məsələsinə də toxunan S.Ünal bildirib ki, hər bir halda prezidentlər ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə mütəmadi olaraq görüşlər həyata keçirirlər