Tehranda İran və Omanın hərbi rəhbərliyinin 10-cu birgə iclası keçirilib.
İclasda İran Silahlı Qüvvələri (SQ) Baş qərargahının rəis müavini general-mayor Mostafa Səlami, Oman SQ Baş qərargahının rəis müavini general-mayor Rəşad ben-Sef ben Əl-Şeydi və hər iki ölkənin hərbi elitasının nümayəndələri iştirak ediblər.
SalamNews-un “IRNA”ya istinadən verdiyi xəbərə görə, iclasın əsas məqsədi regional və transregional əlaqələrin genişlənməsi və möhkəmlənməsi, elm, mədəniyyət, idman və sərhədlərin mühafizəsi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı olacaq.
Görüş zamanı İran və Oman arasında birgə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulanıb.