Biz prosesləri izləmək yox, onlara yön vermək istəyirik.
SalamNews-un "Zaman"a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Estoniya prezidenti Toomas Hendrik Ilves ile görüşündə bildirib.
Hökumət olaraq iddialı bir xarici siyasət apardıqlarını qeyd edən Davudoğlu, Türkiyənin siyasi müvəffəqiyyətinin təməllərində demokratiya, iqtisadi inkişaf və aktiv xarici siyasətin dayandığını bildirib.
Yaxın Şərq ölkələrində qanın axıdılmaması üçün əllərindən gələni etdiklərini qeyd edən Davudoğlu, bəzi ölkələrdə hələ də böhranın davam etdiyini və bundan sonra nə qədər davam edəcəyinin bilinmədiyini deyib. "Ərəb Baharının meydana gəldiyi ölkələrin xalqlarının seçimlərinə hörmət etmək məcburiyyətindəyik. Bölgəmizdə dəyişiklik vaxtıdır. Bu xalqlar Türkiyədən çox şey gözləyirlər", - o bildirib.