Bu gün İranın Ərdəbil şəhərində “İslamın Qafqazda Beynəlxalq Missiyası” adlı beynəlxalq konfrans keçirilir.
SalamNews xəbər verir ki, konfransın müzakirə olunacaq əsas mövzularından biri Dünya İslam Oyanışının ayrılmaz hissəsi olan Azərbaycandakı dini dirçəliş və müsəlmanların yaşadığı problemlərdir.
İran mətbuatının yazdığına əsasən, tədbirə dünyanın müxtəlif ölkələrindən yüzlərlə tanınmış şəxs, İslam mütəfəkkirləri, ziyalılar və ilahiyyatçılar qatılıb. Konfransın iştirakçıları arasında 13 ölkədən, o cümlədən Rusiya, Türkiyə, Qafqaz ölkələrindən nümayəndə heyətləri iştirak edir.
Tədbir, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil üzrə nümayəndəsi, şəhərin imam-cüməsi Seyid Həsən Amilinin təşkilatçılığı ilə keçirilir.