ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi İran və Şimali Koreyanın raketlərini neytrallaşdırmaq üçün ölkənin şərq sahillərində xüsusi raket əleyhinə müdafiə sisteminin (RƏMS) quraşdırılması layihəsini təsdiqləyib.
APA-nın məlumatına görə, layihənin həyata keçirilməsi üçün ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) büdcədən 5 milyard dollar vəsait ayrılıb.
Demokratların layihənin əleyhinə çıxmalarına baxmayaraq, respublikaçıların səs çoxluğu məsələni həll edib.
Layihə 2015-ci ilə qədər sistemin tamamilə qurulub başa çatdırılmasını nəzərdə tutur. RƏMS-in harada qurulacağına isə Pentaqon özü qərar verəcək.
Qeyd edək ki, ABŞ-da İranın üç ilə qədər ballistik raket texnologiyasına sahib olacağını düşünürlər.