Tez-tez verilən suallardan biri də şəhidlərə matəm saxlamaqla bağlıdır. Kərbəlada faciəvi şəkildə qətlə yetirilən şəhidlərimiz, o cümlədən digər şəhidlərimiz cənnət əhlidirlər. Bəs onda nə üçün cənnətə gedən insanlar üçün ağlayırıq? Bunun səbəbi nədir? Axı, cənnətə getmək insan üçün ən böyük məqamdır.