“Qarabağ məsələsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən müzakirələrinin nəticələnməsini istəyirik”.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Sabah” qəzetinə müsahibəsində deyib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İstanbulda keçirdiyi görüşdə Qarabağ məsələsini də müzakirə etdiklərini söyləyib: “Gələn il Azərbaycanda və Ermənistanda prezident seçkiləri olacaq. Bu ərəfədə münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit uyğun deyil. Biz Qarabağ məsələsində Ermənistan-Azərbaycan müzakirələrinin nəticələnməsini istəyirik. Bu, Türkiyənin də önünü açacaq”.