Cəsədi eksqumasiya edilən Türkiyənin 8-ci prezidenti Turqut Özalın nəşinin ekspertizasının nəticələrinə dair hesabat tamamlanıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Ankara prokurorluğunun icra etdiyi istintaq işi daxilində cəsəddən alınan nümunələrin ekspertizaya cəlb edilməsi nəticəsində onun zəhərlənmədiyi aşkarlanıb.
Özalın nəşindən alınan nümunələrdə tapılan 4 maddənin zəhərlənməyə yol açacaq miqdarda olmadığı təsbit edilib. Hesabata görə, yüksək dozada olduğu iddia edilən DDT-nin (diklorodifenol trikloroethan) illər ərzində müxtəlif tərəvəz və meyvələr vasitəsi ilə orqanizmə daxil olub və daha sonra bədəndəki yağ təbəqəsində toplanıb.
Son hesabat gələn həftə Ankara prokurorluğuna göndəriləcək.
Xatırladaq ki, Turgut Özalın cəsədi prezidentin qohumlarının istəyi və ölkə Baş Prokurorluq idarəsinin göstərişi ilə məzardan çıxarılıb və ekspertizadan keçirilib.