Belçika hökuməti terror təhlükəsinin qarşısını almaq üçün həyəcan təbili çalıb.
"De Standaart" qəzetinin verdiyi xəbərində, "Günahsız peyğəmbər" adlı yeni filmin "Müsəlmanların məsumluğu" filmi kimi yayımına başlanan kimi dünyanı lərzəyə gətirəcəyi bildirilir.
İslam.az-ın palitra.az-a istinadən verdiyi xəbərə görə, İnternetdə filmin treylerinin artıq yayımlandığı bildirilir. Filmi Pakistan əsilli, keçmiş müsəlman İmran Firasat çəkib.
Müəllif 14 dekabr tarixində nümayişə başlanacaq "Günahsız peyğəmbər" filmi ilə İslam dininin sülh və ya müharibə dini olduğunu sübut etməyə çalışdığını bildirib.
İslam peyğəmbərinin şəxsiyyətini şübhə altında qoymağa çalışan filmin nümayişə çıxmasının bəşəriyyəti böyük təhlükələrə atacağı proqnozlaşdırılır.