HAMAS-ın lideri Xalid Məşəl 45 il fasilədən sonra sürgün olunduğu Fələstin torpaqlarına geri döndü.
İslam.az-ın verdiyi xəbərə görə, HAMAS-ın siyasi lideri Xalid Məşəl Küveyt və İordaniyadan sonra 1999-cu ildən bu yana Suriyanın paytaxtı Dəməşq şəhərində yaşayırdı.
Suriyada vətəndaş müharibəsi başlayandan Xalid Məşəl Qətərə köçmüşdü.
Xalid Məşəl İordan çayının qərb sahilində anadan olmuş və vətənini 11 yaşlı bir uşaq olarkən tərk etmişdi.
Məşəlin Qazzəyə dönüşü bölmənin bütün şəhərlərində bir bayram əhval-ruhiyyəsi yaradıb.