Ruhanilər "cənnətə gedən insanlar üçün niyə ağlayırıq" sualına cavab veriblər
Tez-tez verilən suallardan biri də şəhidlərə matəm saxlamaqla bağlıdır. Kərbəlada faciəvi şəkildə qətlə yetirilən şəhidlərimiz, o cümlədən digər şəhidlərimiz cənnət əhlidirlər. Bəs onda nə üçün cənnətə gedən insanlar üçün ağlayırıq? Bunun səbəbi nədir? Axı, cənnətə getmək insan üçün ən böyük məqamdır.
İslam.az-ın verdiyi xəbərə görə, bu suallara aydınlıq gətirmək üçün SalamNews Azərbaycanın tanınmış ruhanilərinə müraciət edib.
İlahiyyatçı alim Hacı Namiq Babaxan deyib ki, cənnətə gedən insanın bu dünyadan sonrakı həyatı üçün, yəni cənnətə getdiyi üçün ağlamırlar, həmin insanın bu dünyadakı faciəsinə və müsibətlərinə görə ağlayırlar. İnsanlar müsibət, faciə, qəm-kədər, məzlumiyyət görəndə istər-istəməz narahatlıq keçirirlər. İnsan belə məxluqdur, Allah insanı belə yaradıb. Əslində, bu insanlıqdır. Məsələn, insanlar İmam Hüseynin (ə) və onunla birlikdə olan 72 nəfərin başına gələn müsibətlərə ağlayır və əza saxlayırlar. Fikrimcə, bu, təkcə etiqad məsələsi deyil, insan olan kəs bu faciəyə qəmli olmursa, sızıldamırsa, demək, bəzi insani keyfiyyətlərdən uzaqdır. Belələri çox zaman hadisədən ya xəbərsizdirlər ya da qərəzlidirlər. Hətta məqsəd hər nə olursa olsun, faciə və müsibət, qəm gətirən və insanı ağladandır. Bundan başqa, “26 Bakı Komissarı”nın güllələnməsi ilə bağlı yazıları mütaliə edəndə belə insan narahat olur, istər istəməz insandır. Yaxud Qəddafinin tutulması və ölüm səhnələri olan videoya baxanda belə insan hardasa narahatlıq keçirir. Çünki insanıq, bizi Allah belə yaradıb, faciə, müsibət görəndə narahat oluruq, hətta əgər bu vaxtı ilə ən zalım insan olmuş olsada belə, onu zəif, aciz görəndə narahat oluruq, rəhmə gəlirik. İndi əgər faciə qurbanı, dahi dini şəxslərdirsə, təbii ki, buna əza da saxlanılar, yas da tutular, ağlamaq məclisi də qurular.
İlahiyyatçı alim Hacı Zülfüqar Mikayılzadə bildirib ki, əslində, biz İmam Hüseyn (ə) yox, özümüz üçün ağlayırıq. Bizimdə ağlamğımızın səbəbi özümüz üçündür. İnsanlar bunları düşündükcə ağlayır, çünki Kərbəlada böyük faciə baş verib. Bundan başqa, bizim ağlamağımız əsas səbəbi bu faciənin böyük olması deyil, faciənin hansı səbəbdən baş verməsi ilə bağlıdır. Bu hadisənin məqsədləri əhəmiyyətli olduğu üçün, hədəfi beynəlmilər olduğu üçün indi də yaşayır. Azadlığı qorumaq, yaşamaq hansısa bir dinə və ya insana aid deyil, bu, bəşəriyyətə aiddir. İnsan öz azadlığını əldə etmək üçün nümunə axtarır, mübarizə aparır. Başqa tərəfdən isə bu hadisənin məqsədi Allahın göndərdiyi sonuncu dini xilas etməkdir. İmamın hədəfi İsalamı xilas etmək idi, bu vəziyyətdən çıxartmaq idi. Addım düzgün olduğu üçün bu məsələlə ümumbəşəri olur, bütün insanlar tərəfindən qəbul olunur.
"Mənəvi Dünya" İctimai Birliyinin sədri, Məşədi Dadaş məsçidinin imam-camaatı Hacı Şahin Həsənli söyləyib ki, bu məsələnin həm fərdi, həm də ictimai tərəfi var. Fərdi baxımdan şəhidlik bir şəxs üçün uğurdursa, cəmiyyət üçün şəhidin varlığı faciədir. Yəni hər hansı bir cəmiyyətdə haqqa zülm olunursa, haqqın tərəfdarları öldürülürsə, bu, cəmiyyət üçün faciədir. Onun sözlərinə görə, matəm tədbirləri məsələnin ictimai tərəfidir. Bu gün haqqı sevən insanlar, haqqın tərəfdarları haqqın əzildiyi gün şadlıq keçirə bilməzlər. Sanki haqqın əzilməsinə etirazlarını bildirirlər: "İmam Hüseyn (ə) məktəbi mərhəmət məktəbidir. İmam Hüseyn (ə) son anlarına kimi düşmənlərinə dua edirdi, haqqa dəvət edirdi. Son anlara qədər onlara xeyir-dua verirdi. Hətta onu öldürənə rəhmətlə, mənəviyyatla yanaşırdı. Ona görə də insanlar arasında mərhəmət hissinin artmasına ehtiyyac var. Yoxsul insanların yad olunması, ehtiyyaclı insanlara imam ehsanı verilməsi çox bəyənilən əməldir".
İlahiyyatçı alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu diqqətə çatdırıb ki, Həzrət Məhəmməd peyğəmbərdən (s) nəql edilən bir hədisdə buyurulur ki, “Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdır”. Həzrət İmam Hüseynin (ə) cənnətdə olduğu bəlli ikən, nəyə görə insanlar onun üçün ağlayırlar? Cənnətə gedən üçün matəm saxlamağın səbəbi nədir?
Həqiqətən də, sevimli peyğəmbərimizdən rəvayət edilən hədisdə Həzrət İmam Hüseynin (ə) cənnət əhlindən olacağı vədi verilir. Məlum olduğu kimi, İmam Haqq yolunda mübarizə aparıb və amansızlıqla qətlə yetirilərək şəhid olub. Kərbəlada baş verən bu hadisəyə biz əslində iki prizmadan yanaşa bilərik. Birincisi, İmam Hüseynin (ə) şəhid olub cənnətə getməsi özü ilə Allah arasında olan cəhətir, ikincisi, Kərbəlada baş verənlərin ictimai hadisə olması cəmiyyətə, digər insanlara yönəlmiş cəhətir.
Birinci nəzərdən heç şübhəsiz ki, bu, İmam Hüseynin (ə) öz həyatını yalnız Allah üçün yaşaması və Allah üçün canından keçib şəhid olması, cənnətə - əbədi səadətə qovuşmasıdır. Bu, onun həyatının ilahi amalıdır. Bu, onun Allaha qovuşmasıdır. Rəbbimiz Quranda, Ali-İmran surəsinin 169-cu ayəsində buyurur: “Allah yolunda qətlə yetirilənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur”. Buna görə matəm saxlanılarmı? Göz yaşı töküdülərmi? Əlbəttə, yox! Bu ki, Allah adamının ən böyük arzusudur, amalıdır.
Amma ikinci nəzərdən məsələyə yanaşdıqda, gözümüz önündə İmam Hüseynin (ə) yaxın ətrafı ilə, ailəsi və övladlarıyla birlikdə başına gətirilən o müsibətlər, peyğəmbər ailəsinə edilən o zülm, Kərbəla faciəsi canlanır. Bu artıq bir insani yanaşmadır ki, bizlər də bir insan kimi təbii hisslərimizlə ona reaksiya veririk.
Aşurada axan göz yaşları, əslində, insanlığa qarşı edilən zülmlərin, vandalizmin, vəhşiliklərin qurbanına çevrilmiş günahsız insanlara görə axıdılan göz yaşlarıdır. Bu isə, insanlıq təbiətilə bağlıdır və burada qeyri-adi bir şey də yoxdur, əslində. Bununla bərabər, bir daha qeyd edək ki, Kərbəla faciəsini xatırlamaq elə yalnız ağlamaq üçün, göz yaşı tökmək üçün deyil. İmam Hüseyn məktəbinin daha ülvi, ilahi mahiyyəti var ki, bu günü yaşadanlar məhz həmin dəyərlərə sarılmalı, İmam Hüseyn məktəbindən bu yöndə faydalanmalıdırlar.
Suallara cavab verən İlahiyatçılara çox böyük hörmət bəslədiyimi bilıdirməklə yanaşı İslama zidd olan matəm mərasimlərinə və insanların ağlamasının bir şəkildə İslama uyğun olması cəhdlərinə etirazımı bildirirəm.
Şəhid olan İmamlarımız ə.s və Səhabələrmiz üçün ağlamağın deyil onların həyatlarının, mübarizələrinin nümunə alınması lazımdır. Qurani Kərimdə Uca Allah möminlərin üzülməsini haram etdiyi üçün (Ali-İmran Surəsi,139) Peyğəmbərimiz ə.s və İmamlarımızın ə.s da bu cür davranışdan çox uzaq olacağı hər kəsə çox aydındır.
İnsanların Qurani kərimə zidd davranışlarına haqq qazandırmaq yox onları çəkdikləri bütün məşəqqətlərə baxmayaraq İmamlarımız kimi çox şən sevinc və coşqu dolau olmağa dəvət etmək lazımdır. Bu cür davranış və həyat tərzi həm Quranın bizə əmri, həm də Peyğəmbərimiz ə.s və İmamlarımızın həyat tərzidir.
Ne danishirsan sen, ay qardash? Hardan goturmusen bunlari? Yuxarida camaat izah edir neye gore aqlayirlar, sen bashlamishan ki, shen, coshqu.. Islamin kokunu kesmek isteyibler, adamin oqlanlarini, qardashlarini, yaxinlarini gozunun qabaqinda oldurub bashlarin, qollarin kesibler, sen deyirsen camaat kefe baxib deyib gulurmush Kerbelada? kerbelada ve Kerbela uchun aqlamaq peyqember nevesi Hz. Zeynebden qalib, siz gelib ondan chox bildiniz? Sen bilirsen ki, sen dediklerini ilk defe ele Yezid ve elaltilari ortaya atib ki, Ashura faciesi camatin yadindan chixsin? Ciddi olun bir az..
Kiminse istifade etmesi o demek deyil ki, Ashurani unutdurmaq lazimdi. Islamdan da istifade eden choxdu, amma bu o demek deyil ki, Islamdan imtina edek. Istifade edenler ise oz cezalarini Allahdan alacaqlar
Bzim üçün əsas olan Allahın əmrləridir. Allah üzülməyi və qəmgin olmağı qadağan edirsə demək bu cür davranışı bəyənmək Allahın əmr etdiyi əxlaqı bəyənməmək mənasına gələr. Nə Peyğəmbərimiz ə.s nə də Allahın Aslanı Əli ə.s Peyğəmbərimizin əmisi Hz.Həmzə şəhid olduğunda matəm saxlamadılar. Əgər saxlasaydılar bu günə qədər müsəlmanlardan bir qrup bu matəmi davam etdirərdi. Yəqin ki,Anar qardaşımız Hz.Həmzənin ə.s necə şəhid edildiyini bilir.İslamın ən böyük sərkərdələrindən biri, eyni zamanda Peyğəmbərimizin ə.s əmisi olan Hz.Həmzə üçün Peyğəmbərimiz ə.s və İmamlarımız ə.s matəm tutub yas saxlamayıblarsa müsəlmanlara bunun əksini etmək yaraşmaz.
Allahın Aslanı şəhid edildikdə qanlar içində deyir ki, "Kəbənin Rəbbinə and olsun ki mən qazandım". Bir müsəlmanın şəhid olma şəklinə görə matəm saxlamaq olmaz. Matəm anlayışı qədim Şumerlərdən gələn İslama zidd davranış şəklidir.
Üzülmək və qəmgin olmağın İslama zidd olduğunu deyən kimi bəzi qardaşlarımız bizi guya Müaviyə və Yezidi müdafiə edirmiş kimi gələmə verirlər. Bu tamamilə yalnışdır. İmamlarımızı ə.s şəhid edənlər bunu etməklə Allaha və Onun mübarək Elçisinə savaş açan o dövrün müşrikləridir. Bu hadisə İmamlarımızın ə.s şəxslərinə qarşı deyil İslama qarşı aparılan savaş idi. Bunu səmimi olan hər müsəlman bilir. Ancaq bu bizim yas saxlamağımıza, üzülməyimizə, qəmgin olmağımıza əsas verməməkdədir. Çünki bunlar İslama zidd davranışlardır.
Ramiz, yazmısan: "...Allah üzülməyi və qəmgin olmağı qadağan edirsə..". Sənə sualım var. Zəhmət olmasa bu sözlərinə Qurandan dəlil gətir. Mən deyirəm ki, sən səhv izah edirsən və yuxarıdakı cümlənin heç bir islami əsası yoxdur. Dəlilim də Quran ayəsidir: "Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi" ("Yusif" surəsi, 84). Bu ayə Allah tərəfindən nazil olub. Rəbbimiz də Hz.Yaqubun belə davranmasını heç yerdə pisləməyib Kitabda. Elə yenə də "Yusif" surəsində o Həzrətin şəfa tapması üçün digər bir Peyğəmbərin vasitəçi olması əksini tapıb. Hər halda Hz.Yaqub (ə) pis iş tutsaydı, Rəbbimiz ona şəfa verməzdi. Bəs sən nə deyirsən? Yaqub (ə) səhvmi edib?
Shukur yazdi deye derine getmirem, menim hech o ayeler yadima gelmirdi, amma Ramiz, zehmet olmasa Islam tarixini yaxshi oxu, sonra yaz. Kim sene dedi ki, Hz. Hemzeye yas saxlamayiblar? Ve ya diger Uhud shehidelrine? Bundan elave men sene Peyqember nevesi Hz. Zeynebin yas saxladiqni dedim, deyirsen sehv edirelr, Islama ziddir. Indi de peyqember qizinin yas saxlamaqini yadina salim. "Beytul ehzan" nedir, get onu oxu. Bundan elvae Imamlari terifleyirsen, onda onlardan da deyim. Ashura gunu yas saxlamaq tovsiyesi birbasha imamlardan gelen revayetlerde gosterilib. Elbette xencerle filan yox, bu ifratdir, amma uzulmek, qemgin olmaq ve aqlamaq gosterilib. Men bu qeder ali shexsiyyeti qoyub, senin havadan goturulme sozlerini Islam gosterishi kimi qebul ede bilmerem.
Şükür yazmısan ki, Quranda hz. Yaqubun agladığı yazıldığına göre demek ki, ağlamaq olar. Deyirsen ki, heç bir ayede de pislenmeyib ağlamaq. Ama yazdığın ayedeki " kederden onun gözlerine ağ geldi" ifadesı ile Allahın bize üzüntü ve kederin ne cür zererler vereceyini bildirdiyinin ise üzerinden keçirsen.
Halbuki Allah bir çox ayede Peyğemberlere bezi meselerde xeberdarlıq edir. Meselen: Hz Yunusun e.s haqqında "Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus )kimi olma!" (Qelem suresi, 48)
Ama en önmlisi Allahin kitabinda olan möhkem "Acizlik göstərməyin və kədərlənməyin. (Ali İmran surəsi / 139)" hökm ayesidir ki, bu ayenin hökmüne müselmanlar heç bır izah getirmeden "eşitdik ve itaet ettik" deyerek tabe olmalıdırlar. Biz Uca Allahın kitablarındaki hökmlere tabe olmaqla mükellefik. Şanı Uca Allahın Zuxruf Suresi, 44-cü ayesinde bildirdiyi kimi Biz Qurandan hesaba çekileceyik.
Anar müellım men şerhde havadan deyil Qurani Kerimden Uca Allahin "Acizlik göstərməyin və kədərlənməyin."(Ali İmran surəsi / 139) hökmünü yazmışdım. Eger Allahın açıq aydın hökmüne qarşı eks qaynaqlar getirilib, o qaynaqlardakı melumatları müqeddeslerimiz adından Allahın hökümlerine qarşı delil olaraq istifade edirse, o zaman İmamlarımız e.s adından Quran ayelerıne zidd fetvaları verenler hesab gününde cavab vermeli olacaqlar. Allahın Qurandakı ayeleri açıq aydın yazıldığı halda Şanı Uca Allahın hökmlerini öz isteklerine uyğun olaraq deyişdirenler haqqında Allah c.c bele buyurmaqdadır: "Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”. (Yunus surəsi / 15)"
Peyğemberimiz e.s dövründe Hz. Hemzeye ve Uhud şehidlerine yas saxlanıbsa o zaman sizin Peyğembere muxalifet ederek dövrümüzde de onlara yas saxlamdığınıza nece qiymet verek? O zaman şehid Peyğemberlerimiz hz. Zekeriyyaya e.s ve hz. Haruna e.s niye yas saxlamadığınızı soruşa bileremmi?
Menim istediyim müselmanları İslamin özünde olmayan yas, matem, ağlama, kederlenme, üzülme kimi davranışlara deyil, İslamin özünde olan Peyğemberimiz e.s ve İmamlarımızın e.s da heyat terzi olan her zaman sevincli, şen, coşqu dolu, zarafatcıl, ama eynı zamanda cesur, sevgı dolu, elimli şexsiyyet formalaşdırmağa devet etmenizdir. Dovr İttihadi İslam üçün çalışmaq dövrüdür. Bunun üçün çalışaq ki, İmam Mehdi e.s zahir olduğunda Zamanın Sahibine verecek cavabımız olsun. Allahın bizden istediyi üzülmek, kederlenmek deyil sevınc ve çoşqu ile İslam Birliyi üçun fealiyyet göstermekdir. Allahın salamı üzerinize olsun.
ramiz qardash her sheyin oz yeri var.allah valideyinlerine can sagligi versin.mesel ucun bele bir shey deyim sende fikirlesh.sen her hansi bir valideyinin olum il donumunde hansi shadyanaligi hansi sevinci,coshqunu gostere bilersen?insanin fitretinde var qemlenmek.eslinde ele imamlarda bunu deyiblerde her kese bizi sevmek qismet olmaz
urekde gerek kimese qarshi bir sevgi olsunki onun musibetindede mes onun ucun aglayasan.sevmediyimiz bir shey ucun aglamaq mence bizim ucun deyil. yeni o derecede deyilik.biz getirdiyin o quran ayelerinin esl mahiyyetinden gorunurki helede xebersizik.xetrine deydimse uzurlu hesab ele amma mence sen biraz derinden bax meselye,ozununki kimi bax
Ramiz, Quranı istədiyimiz kimi təfsir edə bilmərik. "Ali-İmran" surəsindən gətirdiyin ayə Uhud döyüşündən sonra nazil olub, konkret məsələdən söhbət gedir. Bunu Allahın bütün hallara dair göstərişi kimi yozmaq səhvdir. Elə həmin surənin 112-ci ayəsində Allahın ipinə sarılmaqdan bəhs edilir. Sənin yanaşmana görə, indi bütün müsəlmanlar gecə-gündüz göydən sallanan ip aramalıdırlar.
Məhz sənin kimi Quran ayələrinə təfsir verənlərin "xidmətidir" ki, bu gün "Bəqərə" surəsinin 191-ci ayəsini ("Müşriklərə harda rast gəlsəniz öldürün") əlində bayraq edənlər terror aktları törədir, İmamlarımızın, övliyalarımızın məqbərələrini partladırlar, nahaq qan tökürlər. Elə Hz.Yaqub haqqında gətirdiyim ayəni də sənə sərf edən kimi yozmusan. Hər halda Allah nəyi və kimi isə qınamaq istəsəydi, bunu edərdi. Daha o qınadığına Hz.Yusifin köynəyi vasitəsi ilə şəfa verməzdi. Elə "Qələm" surəsindən Hz.Yunuz haqqında gətirdiyin ayə də dediklərimi sübut edir: Allah nəyisə pisləyəndə, o işdən çəkinməyə dair göstəriş verəndə, bunu aşkar edir. Mənadan məna çıxarmaq nə sənin, nə də mənim işimdir. Bu işi bacaran, inşallah, hələ gələcək
Bundan əlavə, istər şiə, istərsə də sünni mənbələrində həm Peyğəmbərimizin (s), həm də sahəbələrinin ağlamaqlarına dair kifayət qədər hədislər mövcuddur. Bunu özün də araşdırıb tapa bilərsən.