Gürcüstanda məscidlər qeydiyyata alınmır, onlara status verilmir. Məscidləri təmir etməyə, tikməyə icazə verilmir. Bunun üçün deyirlər ki, gürcü patriarxından icazə almalısınız. Biz bu status uğrunda mübarizə aparacağıq.
Dünən axşam saatlarında İranın şərqində, Cənubi Xorasan vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 8 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
Vaşinqtonun tannmış “beyin mərkəzlərindən” olan Ceymstaun Fondunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycanın ABŞ-dakı səfirliyi və Ceymstaun Fondunun təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda "dəyirmi masa" təşkil edilib.
İraq təhlükəsizlik qüvvələri İmam Əli (ə) Hərəminin partladılması və Ən-Nacafda dini xadimlərə, o cümlədən şiələrin lideri ayətullah Əli Əs-Sistaniyə qarşı sui-qəsdin qarşısını alıblar.