"Hamımızın hədəfi Suriyadakı axan qanın dayandırılması və Suriya xalqının iradəsi istiqamətində siyasi dəyişikliyin həyata keçirilməsidir".
Islam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
BMT-nin Baş katibi Pan Gi Munla görüşdən sonra birgə mətbuat konfransı təşkil edən Ə.Davudoğlu deyib: “Hamımızın hədəfi Suriyadakı axan qanın dayandırılması və Suriya xalqının iradəsi istiqamətində siyasi dəyişikliyin həyata keçirilməsidir. BMT və onun Təhlükəsizlik Şurası lazımi mövqeyi tutmadığı üçün Suriyadakı böhranın dərinləşməsinin qarşını almaq mümkün olmayıb. Suriyada siyasi problem kimi başlanmış böhran böyük humanitar problemə və vətəndaş müharibəsinə çevrildi. Baş katiblə Suriya məsələsini müzakirə etdik. Pan Gi Mun Suriya böhranının bütün mərhələlərində səylərini əsirgəməyib. Ona bununla bağlı təşəkkür edirik”.