Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstinə bu təşkilatda müşahidəçi dövlət statusu verilməsinə dair qətnamə qəbul etdi.
BMT-yə üzv olan 193 dövlətdən 138-i qətnamənin lehinə, 9-u əleyhinə səs verib, 41 dövlət “bitərəf” qalıb. Digər dövlətlər səs verməkdən imtina ediblər.