Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Azərbaycanın kütləvi informasiya vasitələrinin rəhbərləri üçün iftar süfrəsi açıb. APA-nın məlumatına görə, tədbirdən öncə çıxış edən səfir Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirib: "Ramazan ayı birlik, bərabərlik, qardaşlıq ayıdır. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğu bir dönəmdə mən də fürsətdən istifadə edərək sizinlə bir araya gəlmək imkanı qazandım. Sizin hər birinizin, o cümlədən bütün Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm". Türkiyə səfirliyinin təşkil etdiyi mərasimə Azərbaycanın müxtəlif media orqanlarının rəhbərləri qatılıblar.