Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Romualdo del Bianko Fondu (Florensiya, İtaliya), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Tədqiqat Mərkəzi (İRCİCA) ilə birgə tələbələr və gənc memarlar üçün nəzərdə tutulan "Ənənəvi İslam Memarlığı" mövzusunda "Dərəcə və İxtisas" adlı Beynəlxalq Festival təşkil edib.