Bu gün Ali Məhkəmədə "Nərimanov rayon dindarları" Dini İcmasının sədri Hacı Qamət Süleymanovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.
Məhkəmədən verilən məlumata görə, Mülki İşlər üzrə Məhkəmə kollegiyasının hakimi Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə ""Əbu Bəkr" məscidində fəaliyyət göstərən adıçəkilən dini icmanın kassasiya şikayəti təmin edilməyib. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini "Əbu Bəkr" məscidinin açılması istiqamətində fəaliyyətsizlik göstərdiyinə görə məhkəməyə verib. Səbayel rayon Məhkəməsinin 20 oktyabr 2008-ci il tarixli qərarı ilə icmanın iddiası əsassız hesab edilib. Bakı Apellyasiya Məhkəməsi birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. // APA