POPULYARXƏBƏRLƏR

Prezident İlham Əliyev Müqəddəs Pasxa bayramı münasibətilə ölkənin pravoslav xristian icmasını təbrik edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 20 Aprel, 2009

"Ənənəvi olaraq, QMİ ilə İraqın müvafiq dövlət qurumları arasında saziş əsasında zəvvar səfərləri təşkil edilsə də, səfərlərin bərpası üçün rəhbərlik etdiyim qurumla anlaşma protokolunun imzalanması zəruridir", - çərşənbə günü Azərbaycanda səfərdə olan İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadi ilə görüşən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 20 Aprel, 2009

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dini radikal qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhddə, ABŞ və Böyük Britaniya səfirliklərinə qarşı terrora cəhddə təqsirləndirilən sabiq zabit Kamran Əsədov və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ətraflı| Şərhlər: 0 | Дата: 16 Aprel, 2009

"Bakı- İslam Mədəniyyəti Paytaxtı 2009" Mədəniyyət İli çərçivəsində aprelin 18-də Qobustanda "Qobustan pirləri" adlı tədbir keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qonaqlar öncə Qara Atlı pirini ziyarət edəcəklər. Tədbirə yerli və xarici qonaqlar, mətbuat nümayəndələri dəvət olunub.

Ətraflı| Şərhlər: 0 | Дата: 16 Aprel, 2009

"Hələlik "Əbu Bəkr" məscidinin açılması ilə bağlı heç bir yenilik yoxdur, biz gözləyirik". Bunu Lent.az-a açıqlamasında "Nərimanov rayon dindarları" Dini İcmasının rəhbəri, "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 15 Aprel, 2009

Türkiyə Diyanət İşləri Başqanlığının Dini Məsələlər Komissiyası səs çıxardığı üçün dikdaban ayaqqabıların caiz olmadığını bildirib. Bu barədə məlumatı islam.az saytı Türkiyə mətbuatına istinadən verib.

Ətraflı| Şərhlər: 0 | Дата: 15 Aprel, 2009

Hindistanın Kanpur bölgəsində İslam Şurası hər bir müsəlmanın cib telefonundan istifadə edərkən şəriət qanunlarını pozmamaq üçün nələrə əməl etməli olduğunu maddələrlə göstərən qərar açıqlayıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 14 Aprel, 2009

Sabirabad rayonunda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi rayonunda məşhur seyid ocağı olan Seyid Rəsul Ağa Ocağını ziyarət edib. Səfir Seyid Rəsul Ağanın qəbir-məqbərəsini gəzib, onun şəxsiyyəti ilə maraqlanıb. Diplomat Seyid Rəsul Ağanın yaxın qohumları ilə söhbət edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 13 Aprel, 2009

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə bildirib ki, Azərbaycan müsəlmanları Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin geniş vüsət almasından hədsiz narahatdır.

Ətraflı| Şərhlər: 0 | Дата: 12 Aprel, 2009

Yasamal rayon Dini İcmasının rəhbəri Mir Valeh Mövsümov çərşənbə günü Trend News-a bildirib ki, rayon İcra Hakimiyyətinin başçısı və bir neçə əməkdaşı məscidə gələrək, hasarları, məscidin qapılarındakı "Quran" kitabını və məscidin adı yazılmış lövhəni söküb.

Trend News-un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov küçəsi, 190 ünvanında yerləşən Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb. Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev isə Trend News-a bildirib ki, məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanması qanunsuzdur. "Yasamal rayon məhkəməsinin məscidin sökülməsi ilə bağlı verdiyi qətnamədən apellyasiya şikayəti vermişik və şikayətimiz hələ ki, baxılma mərhələsindədir. Apellyasiya Məhkəməsi şikayətimizə baxmadan və qərar qəbul etmədən Yasamal rayon məhkəməsinin qətnaməsinin icrası qanunsuzdur. Həmçinin məkəmə qərarları məhkəmə icraçıları tərəfindən icra olunmalıdır, İcra Hakimiyyəti nümayəndələri tərəfindən deyil",-Mustafayev vurğulayıb.

Vəkil bildirib ki, Dini İcmanın rəhbəri Mövsümovun adından verilən qarşılıqlı iddiada məscidin layihəsinin Bakı şəhər İcra Hakimiyyəti və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsindən imtinanın qanunsuz hesab olunması və layihənin təsdiq edilməsinin məcbur edilməsi tələb olunur. Mustafayevin sözlərinə görə, Yasamal rayon məhkəməsində qarşılıqlı iddia ərisəsinin verilməsinə imkan verilmədiyindən, onlar bu iddianı Bakı Apellyasiya Məhkəməsində qaldırmalı olublar.

Trend News-un arayışı: Bakı Apellyasiya Məhkəməsinin qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi barədə qərardan Dini İcma Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.

Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər Məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər. Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.

Ətraflı| Şərhlər: 0 | Дата: 12 Aprel, 2009
 
3532 səhifədən 3424 << < 3420 3421 3422 3423 3424 3425 3426 3427 3428 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com