Sumqayıtda yayılması qanunla qadağan edilən kitablar tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Kimyaçılar qəsəbə sakini Qorxmaz Ağabalayevin evindən yayılması qanunla qadağan edilmiş 13 ədəd kitab, 41 ədəd CD disk və 3 ədəd buklet aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.