Danimarkada Məhəmməd Peyğəmbəri təhqir edən və İslam dünyasında etirazlara səbəb olan karikaturalardan birinin sürətləri satışa çıxarılıb. CNN Türk-ün məlumatına görə, Danimarkanın müstəqil mətbuat dərnəyi verdiyi açıqlamada bildirib ki, 1000 ədəd sürətin hər biri karikaturaçı Kurt Westergaerdin imzası ilə 1400 Danimarka kronuna satılacaq.