Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzaiyə milli bayram münasibətilə təbrik məktubu göndərib. Bu barədə APA "Azərtac"a istinadən məlumat verir.
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül avqustun 17-də Təzəpir məscid kompleksində olub. APA-nın məlumatına görə, A. Gülü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
ABŞ prezidenti Barak Obama 11 sentyabr 2001-ci il terror aktının törədildiyi ərazidə İslam Mədəniyyət Mərkəzi və məscidin inşası ideyasını dəstəklədiyini bildirib.