Mahaçqalanın mərkəzində avtomobil partladılması nəticəsində milis nəfəri və bir nəfər dinc sakin yaralanıblar. Dağıstan DİN-dən verilən məlumata görə, hazırda onların həyatına təhlükə yoxdur
Pakistanın Kvetta şəhərində baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 59-a, yaralananların sayı isə 160-a çatıb. Daha öncə 43 nəfərin həlak olduğu, 100 nəfərədək insanın isə xəsarət aldığı bildirilirdi
İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevlə görüşüb. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.
Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər tutulub. Bu barədə APA-ya Lənkəran rayon Polis Şöbəsinin rəis müavini Cavid Ağayev məlumat verib.