Nijni Novqorodda milli zəmində nifaq törətməkdə ittiham olunan 34 yaşlı Azərbaycan vətəndaşına hökm oxunub
APA-nın məlumatına görə, məhkəmə qərarı ilə ekstremist ədəbiyyat siyahısına daxil edilən Səid Nursinin əsərlərini internet yolu ilə yaymaqla məşğul olan azərbaycanlı bir il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Məhkəmə zamanı nurçular təriqətinin üzvü olan bu şəxsin 2007-ci ildən Nijni Novqorodda qadağan olunmuş dini-ekstremist ədəbiyyat yaymaqla məşğul olduğu müəyyənləşib.