ABŞ prezidenti Barak Obama 11 sentyabr 2001-ci il terror aktının törədildiyi ərazidə İslam Mədəniyyət Mərkəzi və məscidin inşası ideyasını dəstəklədiyini bildirib.
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, B.Obama vurğulayıb ki, "Əl-Qaidə" terror təşkilatının İslama heç bir aidiyyəti yoxdur və bu, İslamın kobud təhrifidir.
Qeyd edək ki, terror aktının törədildiyi yerdə məscidin inşası təşəbbüsü Nyu-York sakinlərinin narazılığına səbəb olub. Şəhər sakinləri hesab edirlər ki, burada məscidin inşası terror aktının qurbanı olmuş insanların yaxınlarına mənfi təsir göstərəcək.