İraqın müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar seriyası yerli vaxtla saat 08-ə yaxın paytaxt Bağdadda başlayıb, sonra ölkənin şimalına və cənubuna yayılıb.