Bu həftədə Pakistanda sel və daşqınlar nəticəsində 100 nəfər həlak olub. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkənin əsasən şimal-qərb regionunda baş verib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə iyulun 29-da İslam Aləmi Liqasının yaradılmasının 50-ci ildönümünə həsr olunan tədbirdə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına gedəcək
Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini başa vuran Eynulla Mədətli iyulun 28-də bu ölkənin prezidenti Asif Əli Zərdari ilə görüşüb.
Küveytdə fəaliyyət göstərən "Zain" telekommunikasiya şirkətinin Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh-Telecom" adlı mobil operator şirkəti ilə əməkdaşlığı və rouminq razılaşması imzaladığı müəyyənləşdirilib.