Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi bu gün Moskvada iftar süfrəsi açacaq.
APA-nın məlumatına görə, iftar süfrəsi Ramazan ayı ilə bağlı Rusiya Müftilər Şurası tərəfindən yaradılmış bayram çadırında təşkil olunacaq. İftar bu gün saat 20.20-də "Park Pobedı" metro stansiyasının yaxınlığında, Minskaya küçəsi, 2 B ünvanında veriləcək.