Sentyabrın 3-də Pakistanın şimal-qərbindəki Bəlucistan əyalətinin mərkəzi olan Kvetta şəhərində şiələrin mitinqi zamanı terror aktı törədilib.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, törədilmiş partlayış nəticəsində ən az 43 nəfər həlak olub, 100 nəfərədək insan isə xəsarət alıb.
Mitinq fələstinlilərə dəstək məqsədilə keçirilirmiş.
Terror aktının kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev də Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.