Bakıda bir qrup şəxs "Qüds günü" ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin binası qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərib.
APA-nın məlumatına görə, saat 10.00 radələrində bir qrup dindar gözlənilmədən avtobusla İsrail səfirliyinin yerləşdiyi mehmanxananın qarşısına yaxınlaşıb. Avtobusdan düşən şəxslər İsrailin Yaxın Şərqdə apardığı siyasətə etiraz ediblər. Aksiyada "İsrailə ölüm!", "Ermənilərə ölüm!", "Qüdsə və Qarabağa azadlıq!" şüarları səsləndirilib.
Hadisə yerinə gələn polis əməkdaşları dindarları ərazidən uzaqlaşdırıb. Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları Yasamal rayon Polis İdarəsinə aparılıb.