Qahirədə “müsəlman qardaşları” hərəkatının ofisi yandırılıb.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qərargah prezident Məhəmməd Mursinin televiziya ilə xalqa müraciətindən bir müddət sonra yandırılıb.
Hərəkatın nümayəndəsi bildirib ki, etirazçılar binaya daxil olmağa cəhd ediblər.
Polis etirazçıları qərargah binasının qarşından kənarlaşdıra bilib.