İraq təhlükəsizlik qüvvələri İmam Əli (ə) Hərəminin partladılması və Ən-Nacafda dini xadimlərə, o cümlədən şiələrin lideri ayətullah Əli Əs-Sistaniyə qarşı sui-qəsdin qarşısını alıblar.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İraq təhlükəsizlik xidmətindəki mənbə Bağdadda "Bab" beynəlxalq agentliyinə müsahibəsində bildirib.
Vurğulanıb ki, Babol əyalətinin şimalında 30 silahlı terrorçu – "İraq İslam Dövləti" qrupunun üzvləri tutulublar. Bu qruplaşma üzvləri İraq vətəndaşlarına qarşı çox sayda cinayətlər törədibər.