HƏMAS ilə “Əl-Fəth” razılıq əldə etməlidirlər.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu deyib.
O bildirib ki, Fələstin məsələsində beynəlxalq dəstəyin təmin edilməsi və bütün dünyanın yavaş- yavaş gözlərinin açılması bir fürsətdir. Bu fürsəti qaçırmamaq lazımdır. Bu fürsətin istifadə olunması üçün HƏMAS ilə “Əl-Fəth” arasındakı münaqişənin aradan qaldırılması lazımdır.