Şeyx Yusuf Kardavinin “əl-Cəzirə” kanalı ilə çıxış edərək, Suriya hakimiyyəti ilə əməkdaşlıq edənlərin hamısının, o cümlədən mülki vətəndaşların və ailimlərin də qətlinə fətva verməsi dünyada, o cümlədən Azərbaycanda ciddi əks-səda doğurub. Bu fətvaya rəy bildirmək üçün islam.az ilahiyyatçı-alim Hacı Ağabala Mehdiyevə müraciət edib.