Orta əsrlərdə elm və mədəniyyət sahələrində müsəlmanların aparıcı yerə malik olmasının sübutlarına az qala addımbaşı rast gəlirik. Qərbin geyim, mətbəx, davranış mədəniyyətindən tutmuş astronomiya, coğrafiya, tibb, riyaziyyat, kimya, dənizçiliyə kimi, memarlıqdan tutmuş musiqiyə kimi bir çox sahələrdə müsəlmanların əldə etdiyi nailiyyətlərin izini görürük.