Pakistanda qəzəbli insan kütləsi Quranı yandırmaqda şübhəli bilinən kişini diri-diri yandırıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, məscid imamı Maulvi Memonun sözlərinə görə, hadisə ölkənin cənubundakı Sindh vilayətində yerləşən Şiita kəndində baş verib. O, həmin şəxsin yolçu olduğunu və gecəni kənd məscidində keçirdiyini deyib.
O bildirib: “Bütün gecə məsciddə tək idi. Belə qorxunc bir işi görəcək başqa heç kim yox idi”.
Kişinin Quranı yandırdığına görə saxlandığı ehtimal olunur. Sakinlər əvvəlcə yolçunu döyüb, sonra polisə təslim edib. Daha sonra 200-ə yaxın insan polis bölməsinə hücum edib, şübhəli şəxsi binadan çıxarıb və diri-diri yandırıblar. Araşdırma aparılır.