"Evimin altında dinləmə cihazı aşkar edilib".
İslam.az-n SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan NTV və “Star” televiziya kanallarına müsahibəsində deyib.
O bildirib: "Mən də daxil olmaqla dinləmələr davam edir. Evimin altındakı ofisdə dinləmə cihazı aşkar edildi. “Dərin dövlət” boş oturmur. Hər ölkədə belə qurumlar var. Dəniz Baykalla bağlı kaset məsələsində də kimin əli olduğu tapılmadı”.