POPULYARXƏBƏRLƏR

Ağabala Mehdiyev: “Allah İslam ümmətini və bəşəriyyəti bu cür “alim”lərin şərindən qorusun!”

Şeyx Yusuf Kardavinin “əl-Cəzirə” kanalı ilə çıxış edərək, Suriya hakimiyyəti ilə əməkdaşlıq edənlərin hamısının, o cümlədən mülki vətəndaşların və ailimlərin də qətlinə fətva verməsi dünyada, o cümlədən Azərbaycanda ciddi əks-səda doğurub. Bu fətvaya rəy bildirmək üçün islam.az ilahiyyatçı-alim Hacı Ağabala Mehdiyevə müraciət edib.

Müsahibimiz bildirdi ki, din və səmavi təlimlər Allah tərəfindən fərd və cəmiyyəti islah etmək, bəşəriyyətin dünya və axirət səadətini təmin etmək üçün göndərilib: “Tarixə nəzər salanda görürük ki, İslam Peyğəmbərinin (s) mübarizə apardığı mühüm şeylərdən biri cəmiyyətdəki yersiz təəssübkeşlik və təfriqəni aradan qaldırmaq olub. Allahın Rəsulu (s) buna nail də olub. Peyğəmbər cahil ərəblərin on illərlə bir-birinə qarşı apardığı müharibələrə son qoyub, onlar arasında sülh yaradıb. Amma çox təəssüf ki, tarix boyu özünü bu dinin təmsilçisi sayan “alim”lər məhz həmin təəssübkeşlik və təfriqə alovunu şölələndiriblər və bu gün də həmin işi görürlər”.

A.Mehdiyev bildirdi ki, İslam alimlərin qələminin mürəkkəbini şəhidlərin qanından üstün dəyərləndirmişdir. Bunun səbəbi isə alimin insan və cəmiyyətin, ümumilikdə bütün bəşəriyyətin islah edilməsində oynadığı roldur. Amma bununla yanaşı İslam, alimin büdrəməsini və səhv addım atmasını bütün aləmin fəsada düçar olması kimi qiymətləndirir.

“Kardavının son günlər Suriya barədə verdiyi bəyanat “alimin büdrəməsi aləmin fəsadına səbəb olar” hədisinin ən bariz nümunələrindən sayıla bilər. Çünki onun muzdlu döyüşçüləri hətta mülki vətəndaşların öldürülməsinə səsləməsi minlərlə insanın nahaq qanının axıdılmasına rəvac verməkdən əlavə, onsuz da Suriyada qızışdırlmaqda olan məzhəb qarşıdurmalarını daha da gücləndirəcək. Təbii ki, Suriyada məzhəb qarşıdurmasının yaranması təkcə Suriya sərhədləri çərçivəsində qalmayacaq və tədricən bütün dünyaya sirayət edəcək. Suriyada vuruşan muzdlular onsuz da bundan əvvəl də sirf məzhəb müharibəsi aparırdılar. Son günlərdə onların şiə məscidini yandıraraq bu münasibətlə “şükr səcdəsi” etmələri onların hədəflərindən xəbər verirdi. Bəziləri bunu ilk baxışda nadan və cahil adamların əməli kimi yozmağa cəhd etsələr də, Qərdavi kimi “alim”lərin sözügedən fitvasını nəzərə alanda bütün bunların təsadüfi olmamasını başa düşmək mümkündür. Eyni zamanda bir neçə il bundan əvvəl Kardavidən ayrılmış həyat yoldaşının onu İsrail xüsusi xidmət orqanları ilə gizli əlaqələrinin olmasında ittiham etməsini də nəzərə alsaq, hadisələrin baş verməsində elə də uyğunsuzluq görmək olmur. Kardavının “youtub”da Bəşər Əsədi mədh edən video müsahibələri var. Məgər Bəşər Əsəd dünən demokrat və ədalətli idi ki, Qərdavi onu bu qədər tərifləyirdi? Yaxud, əgər Kardavi dünənə kimi zalımlara qarşı çıxmağı caiz bilmirdisə və bu gün fikri dəyişdiyi üçün zalıma qarşı qiyamı vacib sayıb camaatı Suriyada üsyan və kütləvi qətlə səsləyirsə, həmin işi yaşadığı Qətər barəsində niyə etmir? Məgər Qətər hakimiyyəti Suriyadan demokratik və ədalətlidir? Olmaya Kardavinin eyni cəbhədən çıxış etdiyi və Suriyada vuruşan müzdluları maliyələşdirən Səudiyyə rejimi demokratik rejimdir? Bəs necə olur Kardavi kimilər, məsələn, Səudiyyə və Qətərdən söhbət düşəndə insanları krala itaətə səsləyir, onlara qarşı çıxmağı haram sayır, Suriyadan söhbət düşəndə isə zülmə qarşı çıxmağa səsləyir?!”, - Ağabala Mehdiyev dedi.

Onun sözlərinə görə, digər tərəfdən, Kardavinin oğlu bir neçə il bundan əvvəl şiəliyi qəbul edib və bu, İslam dünyasında məşhur sima kimi Kardavinin nüfuzuna böyük zərbə vurub: “Kardavinin bundan sonra şiələrə qarşı aşkar çıxışlar etməsi daha da artıb və o, sanki oğlunun öz məzhəbini dəyişməsində bütün şiə aləmini günahkar bilir və buna görə də açıq-aşkar şiələrə qarşı çıxışlar edir. O, son dövrlərdə internetdə internetdə yayımlanan çıxışlarının birində deyir: “Məndən soruşurlar ki, sən Tunis inqilabı barədə danışırsan, Misir inqilabı barədə danışırsan, Liviya və Yəmən inqilabları barədə danışırsan, amma Bəhreyn inqilabı barədə danışmırsan, niyə? Çünki adı çəkilən ölkələrdə inqilabı xalq etmişdi..... Bəhreyndə isə xalq deyil, təriqət inqilabıdır. O inqilabın problemi budur ki, onlar sünnilərə zidd olan şiələrdir.”

Bütün bunlar göstərir ki, Qərdavınin bu kimi düşünülməmiş və İslama zidd fitvaları onun məzhəb təəssübkeşliyindən qaynaqlanır (hələ digər versiyaları nəzərə almasaq) və o, bir günahsızın ölümünü bütün insanların ölümü kimi qiymətləndirən İslamın adından danışaraq, bu dinə ən böyük zərbəni vurur. Allah İslam ümmətini və bəşəriyyəti bu cür “alim”lərin şərindən qorusun!”.



Yerləşdirilib:24 Dekabr, 2012  15:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Anar | 24 Dekabr, 2012  15:10
# Ответить
+3


]]>]]>

O alchaq hemishe Israil casusu olub. Hech bilmirdim ki, arvadi da bunu deyib.
Müəllif: Ana | 25 Dekabr, 2012  08:18
# Ответить
+2


]]>]]>

sSalam,men de sizinle hemreyem,Allah sizden razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com