Türkiyə Silahlı Qüvvələrinə aid hərbi təyyarələr PKK terror təşkilatının Şimali İraqda yerləşən düşərgələrini bombalayıb.
İslam.az-ın SalamNews-a istinadala verdiyi xəbərə görə, Diyarbakır vilayətində yerləşən hərbi bazadan havaya qalxan F-16 təyyarələri PKK terror təşkilatının Hakurk düşərgəsinə zərbələr endirib. Təqribən 1 saat davam edən əməliyyatda hədəflərin yararsız hala salındığı bildirilir.