Misirdə islamçı “müsəlman qardaşları” hərəkatı bəyan edib ki, ilkin hesablamalara görə, yeni konstitusiya ilə bağlı keçirilən referendumun ikinci mərhələsində seçicilərin 70%-i sənədin lehinə səs verib
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bildirilir ki, səslərin 95,5% hesablanıb. “Müsəlman qardaşları”nın nümayəndəsinin fikrincə referendumun ümumi nəticələrinə görə seçicilərin 60%-i yeni konstitusiyanı dəstəkləyib.
Referendumun rəsmən nəticələri dekabrın 24-də ölkənin bütün əyalətlərindən məlumatların daxil olmasından sonra elan olunacaq.
Referendumun ikinci mərhələsində seçicilərin aktivliyi aşağı olub - 30%. 25 milyon seçicidən 8 milyonu səs verib.
Yeni konstitusiya qəbul olunduğu təqdirdə 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.