Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə MDB Müsəlmanlarının Məşvərət Şurasının sədri seçilib. Bu barədə APA-ya açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Moskvadan bildirib.
Onun sözlərinə görə, Moskvada keçirilən "MDB müsəlmanları konfessiyalararası və millətlərarası həmrəylik uğrunda" elmi praktiki konfransda ilk dəfə olaraq MDB-dən olan müsəlman din xadimləri bir araya gəliblər.
R. Dadaşova konfrans iştirakçılarının müsəlmanlar arasındakı vəzifələri və problemləri müzakirə etdiklərini söyləyib. Mətbuat xidmətinin rəhbəri tədbirdə MDB Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin yeni yaradılan MDB Müsəlmanlarının Məşvərət Şurasının sədri seçildiyini də bildirib: "Bu gün konfransın yekunu olaraq, mətbuat konfransı keçiriləcək".