POPULYARXƏBƏRLƏR

"Bəziləri istəyir ki, müəyyən qüvvələri radikallaşdırsınlar" – Qamət Süleyman

"Əbu-Bəkr" məscidinin imamı Qamət Süleymanın "Yeni Müsavat" qəzetinə ekslüziv müsahibəsi

Hakimiyyətin xaricdə dini təhsil alan vətəndaşların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik növbəti addımları ciddi narahatçılıq doğurub. Xəbər verildiyi kimi, artıq "Dini etiqad azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər müvafiq komitələrdə baxılaraq Milli Məclisin növbəti iclasına tövsiyə olunub. Hətta Qafqaz Müsəlmanları İdarəsində də etirazla qarşılanan yeniliklər "Əbu-Bəkr" məscidinin imamı Qamət Süleymanın da etirazına səbəb olub. O, qəzetimizə ekslüziv müsahibəsində öz narahatçılığını ifadə etdi:

Fikrimcə, bu, çox səhv qərardır. Çünki onun icrası üçün Azərbaycanda güclü dini məktəb olmalıdır. Burdakı mədrəsə kifayət qədər dini səviyyə vermir axı. Burda oxuyanlarla xaricdə oxuyanların fərqi var. Ona görə də atılan addım düzgün deyil.

- Fakt budur ki, sözügedən qadağalar ancaq xaricdə dini təhsil almış müsəlmanlara şamil edilir. Necə bilirsiniz, bunda məqsəd-məram nədən ibarətdir?

- Ümumiyyətlə, bu bölgünün özü yaxşı nəticə verməz. Mənə elə gəlir ki, bəzi adamlar istəyirlər bəzi qüvvələri radikallaşdırsınlar. Radikal qüvvələr qıraqdan bu vəziyyətə baxıb gülür. Bu gün əksinə, yeni məscidlər tikmək lazımdır. Çünki məscidlərdə darısqallıqdır, namaz qılanlar çox olduğu üçün camaat bayırda ibadət edir. Bunun qarı, yağışı var. Ona görə də təzə məscidlər tikilməli, ora savadlı mollalar qoyulmalıdır ki, maarifləndirmə işi aparılsın. Maarifləndirmə işi aparılmadığı halda belə addımların atılması heç də yaxşı nəticə verməyəcək. Dövlət bundan yaxşı nəticə almayacaq.

- Siz özünüz harda təhsil alıbsınız?

- Sudanda və Səudiyyə Ərəbistanında.

- Aydın məsələdir ki, sizin də fəaliyyətiniz məhdudlaşdırılacaq. Belə olan təqdirdə nə etmək fikrindəsiniz?

- Heç nə. Nə edəsiyəm ki? Ancaq kim olacaq irəlidə? Mən bilmirəm burda adi mədrəsə qurtaran şəxs dünyada gedən prosesləri dərindən dərk edib, düzgün istifqamətdə kursu tuta biləcəkmi? Məncə, mədrəsə təhsillilər bu vəzifəni yerinə yetirə bilməyəcək.

- Cəhdlərinizə baxmayaraq "Əbu-Bəkr" məscidində ibadətə qoyulan qadağa götürülmədi. Bundan sonrakı addımlarınız nədən ibarət olacaq?

- Bizimçün heç bir problem yoxdur. Allahımız buyurub ki, yer üzü sizinçün məsciddir. Düzdür, çalışacağıq ki, məscidimiz açılsın. Amma açılmasa, yenə uduzmuruq. Əksinə, ibadət edənlərin sayı daha da çoxalıb, məscidlərə dəvət daha da güclənib. Ona görə də bu cür qərarlar dediyim kimi dövlətin xeyrinə yox, zərərinədir.

- Azərbaycanda fəaliyyətinizə imkan verilməsə o zaman mühacirətə getmək niyyətiniz yoxdur ki?

- O lap sondadır. Biz sonadək dayanacağıq. Ancaq mən qorxuram bir gün desinlər ki, camaatın neçə faizi namaz qıla bilər. O dərəcəyə çatsa, təbii ki, yer üzü böyükdür, müsəlman ölkələri çoxdur. Amma mən inanmıram ki, iş o yerə çatsın.

- Bəzi müşahidəçilərə görə, məscidlərin bağlanması ilə xaricdə təhsil görmüş dindarların fəaliyyətinin yasaqlanması eyni prosesin tərkib hissəsidir...

- Bəli, bu, eyni prosesin davamıdır. Fikrimcə, dinə aid addım atarkən dindarlardan, dini mütəxəssislərdən soruşmaq lazım idi ki, düzdür, ya səhvdir. Hər bir elmin öz mütəxəssisi var.

- Sizcə, bu məsələdə Şeyxülislamın mövqeyi nəzərə alınıbmı?

- Dəqiq bilmirəm. Amma Şeyx özü də xaricdə oxuyub. Lakin belə məsələləri Dini İdarə ilə məsləhət eləsəydilər, daha münasib olardı.

- QHT-lər onların fəaliyyətinin məhdudlaşdırılmasına hazırlıqla bağlı bir araya gəlib koalisiya yaradıb. Dini kəsimin anoloji addımlar atmaq, Şeyxülislamla görüşmək, yaxud hökumətə müraciət etmək niyyəti varmı?

- Hələ ki iş bu həddə çatmayıb. Ancaq məsələ burasındadır ki, xüsusən savadlı dindarların çoxu xaricdə təhsil alıb. Onların fəaliyyətini məhdudlaşdırmaq doğru iş deyil. Əksinə, normal adam dinə, dövlətə xeyir verirsə, onun fəaliyyətindən istifadə olunmalıdır.



Yerləşdirilib:13 İyun, 2009  14:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com