Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniyanın ən böyük ali təhsil ocağı hesab olunan İordaniya Universitetinin rektoru Adil Tuveysi ilə görüş keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Bakı Dövlət Universiteti ilə İordaniya Universiteti arasında əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub və yaxın vaxtlarda bu ali təhsil ocaqları arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə edilib.