Azərbaycan İslam Partiyasının (AİP) bu gün keçirilən növbəti Baş Məclisində ictimai-siyasi və digər məsələlər müzakirə olunmaqla yanaşı, rəhbərlik strukturuna yeni təyinatlar olub.
AİP mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, İnqilab Əhədli sədrin I müavini, Rövşən Əhmədli isə ictimai məsələlər üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.
İnqilab Əhədli bu təyinata qədər ictimai məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. Rövşən Əhmədli isə əvvəllər partiyada I müavin postuna qədər yüksəlmiş təcrübəli siyasətçi hesab olunur.