Məscidlər bələdiyyələrin balansına keçəcək. Onların təmir işlərinin görülməsi və qorunub saxlanması üçün bu vacibdir. Bunu SalamNews-un bölgə müxbirinə Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Əlimərdan Əliyev bildirib
Xəbəri Salamnews a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgsi üzrə şöbə müdiri Qağayı Məmmədov da təsdiqləyib.
İcra hakimiyyətinin rəsmisinin sözlərinə görə,ölkədəki məscidlərin əksəriyyəti tarixi memarlıq abidəsi kimi qorunub saxlanılır. Məscidlər heç bir qurumun balansında deyildi. Onların bəzi tələbatının ödənilməsi, restavrasiya işlərinin görülməsini bələdiyyələr həyata keçirəcək. Bununla bağlı Nazirlər Kabinetinin rəyi də var. Nazirlər Kabineti Lənkərandakı dini qurumların siyahısı ilə də maraqlanıb