ABŞ Dövlət Departamentinin saytında 2010-cu ilə aid olan məruzəsində Azərbaycanda dini azadlığın çoxsaylı pozulmalarından, dindar və digər şəxslərin həbsindən və hazırda həbsdə saxlandıqlarından söz açılır.
ABŞ Dövlət Departamentinin çərşənbə axşamı dərc edilən məruzəsində Azərbaycanda dini icmaların qeydiyyatının çətinliyi göstərilir. Bu isə onların bəzisini qeyri-leqal fəaliyyət göstərməyə məcbur edir.
“Azərbaycanda vahid hicablı məktəbli forması hazırlanmalıdır”. Bunu SalamNews-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu bildirib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib. APA-nın məlumatına görə, piketdə “Torpaq bölünməz, ana dilim ölməz!”, “Soyqırıma son qoyulsun!” kimi şüarlar səsləndirilib.
Yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmayacaq. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.
İsrail hərbçilərinin «Azadlıq donanması»na hücumu müharibə ilə nəticələnə bilərdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatla çıxış edib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 13-də Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.