 | POPULYARXƏBƏRLƏR |




|
II yazı
Rəsulullah (s.ə.s.) məhz belə bir güclü imanla insanların İslam günəşi ilə nurlana bilməsi üçün bütün gücünü sərf edirdi. Abdullah ibn Cahş Nəhlə səfərində bir neçə nəfəri əsir götürmüşdü. Onların arasında Hakəm ibn Keysan da var idi. Həzrəti Peyğəmbər (s.ə.s.) Hakəmi İslama dəvət edir. İslamın şərtlərindən uzun-uzadı danışır və heç bir şübhə qalmasın deyə, söylədiklərini dönə-dönə təkrar edir. Peyğəmbərimizin bu qədər səylə dəvət etməsinə baxmayaraq, Hakəmin müsəlman olmadığına qəzəblənən Hz. Ömər deyir: "Ya Rəsulullah! Niyə bu qədər danışırsan. Vallah, o, heç vaxt müsəlman olan deyil. İcazə ver, boynunu vurum, cəhənnəmə vasil olsun". Lakin Peyğəmbərimiz Hakəmə İslamdan danışmağa davam edir. Hakəm diqqətini toplayaraq: "İslam nədir?" deyə soruşur. Hz. Muhəmməd (s.ə.s.) buyurur: "Allaha heç bir şeyi şərik qoşmadan ibadət etmək və Muhəmmədin də onun qulu və elçisi olduğuna şəhadət gətirməkdir". Hakəm: "Müsəlman oldum" - deyir. Bundan sonra Allahın Rəsulu səhabələrinə tərəf çevrilərək: "Əgər mən bir az əvvəl sizin dediyinizi etsəydim, o indi cəhənnəmə getmişdi" - deyə buyurur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
I yazı
"(Ya Rəsulum) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" (Kəhf, 6).
Allah-Təala peyğəmbərləri insanlar arasından seçərək onları İslamı təbliğ edib öyrətməklə vəzifələndirmişdir. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) bu vəzifəni yerinə yetirərkən tayı-bərabəri olmayan bir əzmkarlıq, yüksək fədakarlıq göstərmiş, səbir və dözüm nümunəsi olmuşdur.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Əgər Quran kompyuterdə yığılmadırsa, metroda satıla bilməz"
Metroda hər növ dini ədəbiyyatların və dini təqvim və şəkillərin satışına qadağa qoyulması doğrudur. Bunu jurnalistlərə verdiyi müsahibəsində Bakı Metropolitenin rəisi Tağı Əhmədov etiraf edib. O qeyd edib ki, bundan sonra metroda dini ədəbiyyatların satışına icazə verilməyəcək. O cümlədən Qurani-Kərimin də.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Penza vilayətin Paqanovqa kəndində özünü peyğəmbər elan edən Pyotr Kuznetsova inanan 29 nəfər mağaraya girərək dünyanın sonunu gözləyir
Rusiyanın Penza vilayətində qiyamət gününü mağarada qarşılamaq istəyən sekta üzvlərinin oradan çıxarılması istiqamətində aparılan danışıqlar uğursuzluqla nəticələnib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
"Tələbələrin və şagirdlərin hicabla təhsil müəssisələrinə gəlməsinin qadağan edilməsi qətiyyən insan hüquqlarının pozulması demək deyil". APA-nın məlumatına görə, bunu parlamentin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova son vaxtlar hicablı tələbələrin dərslərə buraxılmaması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Livan sünni liderlərindən olan Mustafa Malasın evinə basqın edildi
İslam-Azeri-nin YDH-ə istinadlı xəbərinə görə Sünni alim Ülüma heyəti üzvü Mustafa Malasın evinə basqın edildi. Fuad Senyora höküməti ilə müxaliflik edən Əl-Munəyyə bölgəsinin İmam Cüməsinin evinə soxulanların ABŞ yönlü Həriri tərəfdarları olduğu güman edilir.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
İsveçin dövlət poçtu öz müştərilərinə içində Muhəmməd Peyğəmbərin (s.ə.s.) karikuturaları olan siyasi qəzet və vərəqələri göndərməkdən imtina edib. Bu aksiyaya ölkədə ən böyük ekspress-çatdırma özəl şirkəti də qoşulub. Məsələn, rəssam Lars Vilsin skandal yaradan məşhur karikaturalarını dərc edən və sağ təmayüllü İsveç demokratik partiyası tərəfindən nəşr olunan SD-Kurrien poçt tərəfindən yayılmır.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
İndoneziyanın paytaxtında İslam prinsiplərinin ətraf mühitin müdafiəsi kontekstindən müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Dialoq Britaniyanın Cakartadakı səfirliyinin dəstəyi ilə Dövlət islam Universitetində təşkil olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər iştirak ediblər.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
Britaniyalı hakim şahid qismində ifadə verən Səudiyyə Ərəbistanı şeyxinin ünvanına dediyi sözlərə görə boşanma davasından uzaqlaşdırılıb. Hakim Sinqerin qeydləri rasizm kimi dəyərləndirilib. Məsələn, Sinqer qeyd edib ki, şeyx məhkəmə xərclərini ödəməmək üçün "xalça-təyyarədə uçmaq" istəyə bilər, bundan başqa, onun şahidliyi "rahat lokum kimi yumşaqdır". Hakim həmçinin (görünür, müsəlmanların oruc tutduqları Ramazan ayına eyham vuraraq) bildirib ki, şeyx "ilin oruc tutulmayan vaxtında" məhkəmədə iştirak edə bilər.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
ABŞ müsəlmanları İslam haqqında daşlaşmış stereotiplərə qarşı müqavimət göstərmək üçün jurnalistlərin informasiya dəstəyi milli proqramını hazırlayıblar. Fəallar xüsusi hazırlanmış "Amerika müsəlmanları" məlumat kitabçasını bütün dünyada jurnalistlər arasında yaymaq niyyətindədirlər. Təşkilat 40 min insanı kitabla təmin etməyi planlaşdırır.
Ətraflı| Şərhlər: 0 | Дата: 20 Noyabr, 2007
|
|
|
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|