ABŞ müsəlmanları İslam haqqında daşlaşmış stereotiplərə qarşı müqavimət göstərmək üçün jurnalistlərin informasiya dəstəyi milli proqramını hazırlayıblar. Fəallar xüsusi hazırlanmış "Amerika müsəlmanları" məlumat kitabçasını bütün dünyada jurnalistlər arasında yaymaq niyyətindədirlər. Təşkilat 40 min insanı kitabla təmin etməyi planlaşdırır.
Məlumat kitabçasının bir bölməsi İslam dini, onun tarixi və əsasları haqqında qısa məlumat verir. Digər bölmə isə "Ən populyar miflər" adını daşıyır və qadınlara, həmçinin digər dinlərə qarşı münasibət, zorakılıq kimi daha çox yayılmış stereotiplərə işıq tutur.
Kitabda həmçinin tez-tez kütləvi informasiya vasitələrində müzakirə olunan və çox vaxt da yanlış anlaşılan İslamla bağlı əsas anlayışlar izah edilir. Məlumat kitabçası ABŞ müsəlman icması haqqında da informasiyalar verir.