İsveçin dövlət poçtu öz müştərilərinə içində Muhəmməd Peyğəmbərin (s.ə.s.) karikuturaları olan siyasi qəzet və vərəqələri göndərməkdən imtina edib. Bu aksiyaya ölkədə ən böyük ekspress-çatdırma özəl şirkəti də qoşulub. Məsələn, rəssam Lars Vilsin skandal yaradan məşhur karikaturalarını dərc edən və sağ təmayüllü İsveç demokratik partiyası tərəfindən nəşr olunan SD-Kurrien poçt tərəfindən yayılmır.
"Posten" dövlət şirkətinin nümayəndəsi Per Lünberq bu qərarı poçt kuryerlərinin işlərinin təhlükəsizliyini təmin etmək istəyi ilə izah edib. Bir müddət əvvəl bu şəkillər etiraz dalğalarına səbəb olmuşdu və cəmiyyətdə yeni etiraz dalğaları İsveçin poçt xidmətinə lazım deyil.