İndoneziyanın paytaxtında İslam prinsiplərinin ətraf mühitin müdafiəsi kontekstindən müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Dialoq Britaniyanın Cakartadakı səfirliyinin dəstəyi ilə Dövlət islam Universitetində təşkil olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər iştirak ediblər.
Son zamanlar indoneziyalı alimlər təbiətin mühafizəsi ilə bağlı müxtəlif problemlər, o cümlədən meşələrin qanunsuz qırılması, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi, meşə yanğınları və s. ilə bağlı çoxlu sayda fətvalar vermişlər. İslam ekologiya və ətraf mühit assosiasiyasının direktoru Fəzlun M. Xalidin sözlərinə görə, politoloqların və sahibkarların dinin ətraf mühitin problemlərinə baxışlarını yaymalarını təmin edən "dəstək mexinizmi"nə İndoneziyanın ehtiyacı var.
Universitetin direktoru Azumardi Azra Xalidin fikirlərinə dəstək verərək bildirmişdir ki, şəriət qanunlarının tətbiq olunması dövlət tərəfindən qəbul olunmuş inkişaf strategiyasında "prinsipial dəyişikliklər" nəzərdə tutur, həmçinin iqtisadi artımı təbiətin mühafizəsi sahəsində yeni işlərlə əlaqələrdirə bilər. O, "Təbiətin mühafizəsi ilə bağlı problemlərin insanların diqqətinə çatdırılmasında ən böyük rolu uləmalar oynayır" - deyərək qeyd etmişdir ki, bu məsələlərdə biliyin azlığı təbiətə ziyan vermağın başlıca səbəblərindəndir.
"İndoneziyanın dindar müsəlmanları çox vaxt İslamı rituallar dini kimi başa düşürlər" - deyə Azra əlavə etmişdir. "Onların möminliyi təbiətin qorunması istiqamətində çıxış yolu ola bilməz".
Bütövlükdə, konfrans iştirakçıları bu nəticəyə gəlmişlər ki, həqiqi islami dəyərlər insanlardan düşüncələrində dəyişiklik etməyi, özlərini təbiətin "sahibi" yox, "qoruyucusu" hesab etmələrini tələb edir.