POPULYARXƏBƏRLƏR

Şəki rayonunun mərkəzi məscidində güclü yanğın baş verib. Bu barədə rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, səhər saatlarında baş vermiş yanğın məscidin böyük hissəsini bürüyüb.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Dekabr, 2007

Əziz möminlər!
Bildiyimiz kimi, hər bir insan fitri olaraq səadətə qovuşmaq istəyir və bu yolda əmək sərf edir. Lakin unutmamalıyıq ki, səadətə qovuşmaq üçün insan müəyyən meyarlara sahib olmalıdır. İman, ibadət, elm və əxlaq sahibi olmaq səadətin təməl əsaslarıdır. Bunlara sahib olan şəxs üçün səadət qapıları artıq açılmış sayılır.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Rayonda protestantlığı yayan qadının evindən xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb

Son bir ildə cənub bölgəsində qeyri-ənənəvi dini cərəyanların təbliğatı ən çox Astara rayonunda qeydə alınıb. Belə ki, Astarada protestantlığı yayan bir qadının evindən xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb. Lənkəranda mədh kilsəsinin tərəfdarları, Neftçalada isə nurçular aşkarlanaraq zərərsizləşdirilib. Bununla əlaqədar dini qurumlarla iş üzrə dövlət komitəsi bu ilin iyul ayından başlayaraq respublikanın bütün şəhər və rayonlarında 140 seminar treninq keçirib. İlin sonuna qədər bu tədbirlərin 174-ə çatdırılacağı gözlənilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Qadına qarşı zorakılığın günah olduğunu deyən Livanın məşhur İslam alimi belə kişilərin Allah qarşısında cavab verəcəyini və şəriətə görə cəzalandırılacağını bildirib

Livanın məhşur İslam alimlərindən Ayətullah Muhamməd Hüseyn Fəzlullah beynəlxalq qadınlara qarşı zorakılığı ləğv etmə günü yeni bir fitva verib. Haberturk saytının verdiyi məlumata görə, fitvada bildirilib ki, İslam dini bəzi işlərdə kişiyə üstünlük versə də, kişinin həyat yoldaşına söyməsi və təhqir etməsi kimi heç bir zorakılığa xoş baxmır. Ayətullah Fəzlullah belə hərəkətlərin günah olduğunu, belə rəftar edənlərin Allah qarşısında cavab verəcəyini və şəriətə görə cəzalandırılacağını bildirib.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Nazirlər Kabinetinin sərəncamına əsasən, yeni illə əlaqədar hökumət istirahət günlərinin sayını uzadıb

Bu il ölkədə Qurban bayramı dekabrın 20, 21, 22 və 23-də keçiriləcək. Bununla bağlı Nazirlər Kabinetinin verdiyi sərəncamda qeyd edilib ki, dörd gün istirahət günü olacaq. Nazirlər Kabinetinin sərəncamına əsasən, yeni illə əlaqədar hökumət istirahət günlərinin sayını uzadıb. Sərəncama görə, dekabrın 29, 30-u, yanvarın 1, 2, 3-ü bayram ediləcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Mərkəz "İmdad Komitəsi"nin himayəsində olan yoxsul insanlara pulsuz xidmət edəcək
İranın "İmam Xomeyni İmdad Komitəsi"nin sədri Hüseyn Ənvari bu gün Bakıda İmam Əli adına tibbi mərkəzin açılışında iştirak edib. Qeyd edək ki, tibbi mərkəz müasir və yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunub. Yalnız avadanlıqların alınmasına 100 min dollar qədər vəsait xərcəlnib. Tibbi mərkəzdə ilk yardım, kiçik cərrahiyyə, elektron kardioqram, ultrasəs və digər xidmətlər göstəriləcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Hökumət rəsmiləri isə filmin törədəcəyi fəsadları göstərmək üçün həmin siyasətçiyə xəbərdarlıq ediblər

Hollandiyada "Müstəqillik partiyası"nın sədri Qirt Vilders müsəlmanların ləyaqətini alçaldan bir film çəkməyə hazırlaşır. Hollandiya hökuməti rəsmiləri isə film nəticəsində meydana gələ biləcək gərginliyə görə qayğılandığını bildirib. Xarici işlər naziri Maksim Verhagen bu filmə görə baş verəcək hər hansı sərt reaksiyaya qarşı xəbərdarlıq etmək üçün Vilderslə görüşüb. Bu barədə məlumat verən xarici işlər nazirliyinin mətbuat sözçüsü Bart Rics, Vilderslə görüşərək bu filmin həm Hollandiya, həm də xaricdə yaşayan hollandiyalılar üçün təhlükəli olacağı barədə xəbərdarlıq etdiyini deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Bir neçə gün sonra müsəlmanların müqəddəs Həcc ziyarəti başlayır. Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən olan inanclı insanlar müqəddəs torpaqlara yollanacaq. APA-nın apardığı sorğu zamanı məlum olub ki, bu il Həccə gedəcək azərbaycanlı zəvvarlar arasında mədəniyyət xadimləri də var. Belə ki, xalq artisti Azər Zeynalov, muğam ifaçısı Səfa Qəhrəmanov, Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyoru Cəfər Namiq Kamal və müğənni Nadir Bayramlı da ziyarətdə iştirak edəcəklər.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumat görə, zəvvarlar artıq qruplara bölünüb. Onlara viza alınması prosesi isə başa çatmaq üzrədir. M. Payızov zəvvarların ilk qrupunun Həccə dekabrın 3 və 5-də iki karvanla göndəriləcəyini deyib: "Hər karvanda 35 avtobus olacaq. Hər il olduğu kimi, bu il də zəvvarların Azadlıq meydanından yola salınacağı gözlənilir". Şöbə müdiri zəvvarların təyyarə ilə 9, 10, 12 və 13 dekabrda yola salınacağını bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarəti ilə bağlı bu il Azərbaycana 6000 nəfərlik kvota ayırıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 2 Dekabr, 2007

Avtobusla gedənlər dekabrın 3-də, təyyarə ilə gedənlər isə dekabrın 9-da səfərə çıxacaq

Gələn həftədən başlayaraq zəvvarlar Məkkəyə axışacaq. Bu il 5 minə yaxın azərbaycanlı zəvvar müqəddəs torpaqları ziyarət edəcək. Qafqaz Müsəlmanları İdarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. İdarə sədrinin birinci müavini Hacı Salmanın sözlərinə görə, zəvvarlar ziyarətə həmişəki kimi həm avtobusla, həm də təyyarə ilə yola düşəcəklər. Avtobusla gedənlər ölkəni dekabrın 3-dən 5-nə, təyyarə ilə gedənlər isə dekabrın 9-dan 13-nə kimi tərk edəcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 28 Noyabr, 2007
 
3532 səhifədən 3500 << < 3496 3497 3498 3499 3500 3501 3502 3503 3504 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com